Azərbaycan İsveçrədən polad prokatı idxalını bərpa edib

Biznes
  • 08 may, 2024
  • 12:52
Azərbaycan İsveçrədən polad prokatı idxalını bərpa edib

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 52,33 milyon ABŞ dolları dəyərində 67 min 216 ton polad prokatı idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 27 %, kəmiyyət olaraq – 17,3 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyadan 34,5 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 44 % çoxdur) 50 min 137 ton (+22 %), Çindən 8,94 milyon ABŞ dolları dəyərində (-10 %) 8 min 271 ton (-6 %), Türkiyədən 3,9 milyon ABŞ dolları dəyərində (+15 %) 3 min 364 ton (+18 %), Qazaxıstandan 2,6 milyon ABŞ dolları dəyərində (-7 %) 2 min 699 ton (-12 %), İrandan 1,9 milyon ABŞ dolları dəyərində (+95 %) 2 min 238 ton (+2 dəfə) məhsul alıb.

Azərbaycan 1 il 2 aylıq fasilənin ardından İsveçrədən (8 min ABŞ dolları dəyərində 7,5 ton) polad prokatı tədarükünü bərpa edib.

Son xəbərlər

Bütün Xəbər Lenti