Azərbaycan İsveçrədən karandaş alışını bərpa edib

Biznes
  • 11 yanvar, 2025
  • 08:10
Azərbaycan İsveçrədən karandaş alışını bərpa edib

2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan 916 min ABŞ dolları dəyərində 248 ton karandaş idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 10 %, kəmiyyət olaraq – 13 % azdır.

Hesabat dövründə Çindən 775,6 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 10 % azdır) 222 ton (-14 %), Almaniyadan 52 min ABŞ dolları dəyərində (+6 %) 1,71 ton (+7,5 %), İndoneziyadan 18,9 min ABŞ dolları dəyərində (-32 %) 1,5 ton (-10 %), Türkiyədən 15,5 min ABŞ dolları dəyərində (+3,5 dəfə) 2 ton (+5,4 dəfə), Amerika Birləşmiş Ştatları 14,5 min ABŞ dolları dəyərində (+58 %) 17,5 ton (+5 %) məhsul gətirilib.

Azərbaycan 2 ilin tamamında İsveçrədən (1,8 min ABŞ dolları dəyərində 0,01 ton) tədarükü bərpa edib.

2023-cü ildə Azərbaycana idxal edilmiş 1,1 milyon ABŞ dollarlıq karandaşın 83,2 %-i Çinin payına düşüb.