Azərbaycan İsveçrədən divar saatlarının alışını bərpa edib

Biznes
  • 07 yanvar, 2025
  • 10:06
Azərbaycan İsveçrədən divar saatlarının alışını bərpa edib

2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan 892 min ABŞ dolları dəyərində 188 min 314 ədəd divar saatı idxal edib.

Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 11 %, kəmiyyət olaraq – 5,4 % çoxdur.

Hesabat dövründə Azərbaycan Çindən 627 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 6 % çoxdur) 170 min 980 ədəd (+13 %), İsveçrədən 130,5 min ABŞ dolları dəyərində 7 ədəd, İrandan 85,2 min ABŞ dolları dəyərində (-46 %) 14 min 784 ədəd (-41 %), Çexiyadan 14,55 min ABŞ dolları dəyərində (+15 dəfə) 15 ədəd (+36 %), Türkiyədən 10,4 min ABŞ dolları dəyərində (-17 %) 1 min 779 ədəd (+2,3 dəfə) saat alıb.

Azərbaycan 2 il 10 aylıq fasilənin ardından İsveçrədən divar saatlarının tədarükünü bərpa edib.