Azərbaycan İsveçdən uşaq yeməkləri tədarük etməyə başlayıb
- 09 mart, 2024
- 11:30
Yeniliklərdən dərhal xəbərdar olun!
2023-cü ildə Azərbaycana 28,35 milyon ABŞ dolları dəyərində 2 min 773 ton uşaq yeməklər (pərakəndə satış üçün çəkilib bükülmüş) idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 28 %, kəmiyyət olaraq – 17 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyadan 11,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 5 % çoxdur) 1 min 138 ton (+1,1 %), Niderlanddan 6,81 milyon ABŞ dolları dəyərində (+54 %) 655 ton (+30 %), Almaniyadan 2,83 milyon ABŞ dolları dəyərində (+46 %) 181 ton (+29 %), Polşadan 1,56 milyon ABŞ dolları dəyərində (+59 %) 185 ton (+58 %), İrlandiyadan 1,1 milyon ABŞ dolları dəyərində (+2,7 dəfə) 66,2 ton (+2,3 dəfə) məhsul alıb.
Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq İsveçdən (0,22 min ABŞ dolları dəyərində 0,09 ton) tədarük həyata keçirilib.
2022-ci ildə Azərbaycana 19 ölkədən idxal edilmiş 2 min 377 ton uşaq yeməklərinin 47,2 %-i Rusiyanın, 21,2 %-i Niderlandın, 6 %-i Almaniyanın, 5 %-i Polşanın, 4,6 %-i Danimarkanın payına düşüb.