Azərbaycan İsveçdən qol saatlarının tədarükünü bərpa edib
- 28 mart, 2024
- 07:47
Yeniliklərdən dərhal xəbərdar olun!
2023-cü ildə Azərbaycan 21,9 milyon ABŞ dolları dəyərində 2,22 milyon ədəd qol saatı idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 11,1 %, kəmiyyət olaraq 22 % çoxdur.
Hesabat dövründə Azərbaycan İsveçrədən 13,9 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 41 % çoxdur) 13 min 995 ədəd (+10 %), Çindən 6,9 milyon ABŞ dolları dəyərində (-21 %) 2,2 milyon ədəd (+22 %), Tailanddan 258 min ABŞ dolları dəyərində (-3 %) 3 min 512 ədəd (-25 %), Vyetnamdan 202 min ABŞ dolları dəyərində (-52 %) 840 ədəd (-57 %), Yaponiyadan 123 min ABŞ dolları dəyərində (+66 %) 662 ədəd (+58 %) saat alıb.
Azərbaycan 3 ilin tamamında İsveçdən qol saatlarının tədarükünü bərpa edib.
2022-ci ildə Azərbaycana 23 ölkədən idxal edilmiş 19,7 milyon ABŞ dolları dəyərində qol saatlarının 49,8 %-i İsveçrənin, 44,1 %-i Çinin payına düşüb.