Azərbaycan İsveçdən kakao idxalını bərpa edib
- 27 avqust, 2024
- 11:20
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyun aylarında Azərbaycan 3,21 milyon ABŞ dolları dəyərində 743,34 ton kakao tozu idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,1 dəfə, kəmiyyət olaraq 89 % çoxdur.
Hesabat dövründə Azərbaycan Türkiyədən 1,81 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2 dəfə çoxdur) 353 ton (+87 %), Niderlanddan 699,4 min ABŞ dolları dəyərində (+2,7 dəfə) 170,3 ton (+2,6 dəfə), İspaniyadan 248 min ABŞ dolları dəyərində (+3 dəfə) 75 ton (+3 dəfə), Ukraynadan 157 min ABŞ dolları dəyərində (+3 dəfə) 63 ton (+3 dəfə), Kot-d`İvuardan 90,1 min ABŞ dolları dəyərində (-46 %) 23,4 ton (-47 %) məhsul alıb.
Azərbaycan 1 il 2 aylıq fasilənin ardından İsveçdən (1,1 min ABŞ dolları dəyərində 0,1 ton) kakao tədarükünü bərpa edib.
2023-cü ildə Azərbaycana 20 ölkədən idxal edilmiş 750 ton kakaonun 51 %-i Türkiyənin, 13,3 %-i Niderlandın payına düşüb.