Azərbaycan İsveçdən kakao almağa başlayıb
- 17 fevral, 2023
- 06:51
2022-ci ilin ilk 11 ayında Azərbaycana 3,694 milyon ABŞ dolları dəyərində 1 min 040 ton kakao tozu idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 28 %, kəmiyyət olaraq – 21 % çoxdur.
Hesabat dövründə Azərbaycan Türkiyədən 2,513 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 14 % çoxdur) 664 ton (+4,1 %), Kot-d'İvuardan 293 min ABŞ dolları dəyərində (+65 dəfə) 91 ton (+140 dəfə), Niderlanddan 288,44 min ABŞ dolları dəyərində (+2,1 dəfə) 80,41 ton (+2,6 dəfə), Rusiyadan 286 min ABŞ dolları dəyərində (-25,5 %) 83,5 ton (-40 %), Çindən 93,5 min ABŞ dolları dəyərində (+7,2 dəfə) 58 ton (+6,4 dəfə) məhsul gətirib.
Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq İsveçdən tədarük həyata keçirilib. Həmin ölkədən 1,44 min ABŞ dolları dəyərində 0,12 ton kakao tozu alınıb.