Azərbaycan İsveçdən divar kağızı idxalını bərpa edib

Biznes
  • 08 dekabr, 2023
  • 12:23
Azərbaycan İsveçdən divar kağızı idxalını bərpa edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 22,9 milyon ABŞ dolları dəyərində 7 min 187 ton divar kağızı (üz tərəfi naxışlanmış və boyanmış plastik kütlə qatı ilə örtüklü) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 11,2 %, kəmiyyət olaraq – 17 % çoxdur.

Hesabat dövründə Azərbaycan Çindən 8 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 35 % çoxdur) 3 min 831 ton (+36 %), Rusiyadan 4,9 milyon ABŞ dolları dəyərində (+7 %) 995 ton (+6 %), Ukraynadan 4,5 milyon ABŞ dolları dəyərində (-10 %) 1 min 219 ton (-8 %), Belarusdan 2,9 milyon ABŞ dolları dəyərində (+23 %) 626 ton (+21 %), Türkiyədən 1,3 milyon ABŞ dolları dəyərində (+11 %) 319 ton (+25 %) məhsul alıb.

Azərbaycan 3 il 7 aylıq fasilənin ardından İsveçdən (3,2 min ABŞ dolları dəyərində 0,1 ton) divar kağızlarının tədarükünü bərpa edib.