Eran Doron: "Azərbaycan İsrail üçün əla tərəfdaşdır"
Biznes
- 13 fevral, 2023
- 08:46
“Qarşısına uzunmüddətli inkişaf məqsədləri qoyan ölkə kimi Azərbaycan İsrail üçün əla tərəfdaşdır”.
“Report” xəbər verir ki, bunu Ramat Haneqev Regional Şurasının meri Eran Doron “Kənd təsərrüfatı və təhsil” mövzusunda keçirilən Azərbaycan-İsrail İnnovasiya Forumunda deyib.
“Gələcəkdə nələrin baş verəcəyini proqnozlaşdırmaq çox çətindir, lakin bir məsələni dəqiq bilirik – hansı hadisələrin baş verməsindən asılı olmayaraq, insanların qida və su ilə təmin olunmasına ehtiyac olacaq”, - o vurğulayıb.
Onun sözlərinə görə, İsrail hətta ən səhralıq yerlərdə belə su çıxara bilir, ölkədə bu məqsədlə bütün lazımi texnologiyalar var.
E.Doron qeyd edib ki, Ramat Haneqev İsrail ərazisinin 20 faizini əhatə edir və region əsasən səhralardan ibarətdir.
Son xəbərlər
08:35
Nyu-Yorkda barjada partlayış olub, ölən və yaralananlar var
Digər ölkələr08:10
Bakının bir çox yollarında tıxac yaranıb
İnfrastruktur08:04
WSJ: Avropa 2026-cı ildə Kiyevin bütün maliyyə tələblərini qarşılaya bilməyəcək
Digər ölkələr07:46
Pentaqon süni intellekt startapına 5 milyard dollarlıq kredit ayıra bilər
Digər ölkələr07:11
Bakı və Abşeronun bəzi ərazilərində işıq olmayacaq
Energetika06:45
Qətər ABŞ-dən uzunmüddətli LNG tədarükü imkanlarını müzakirə edir
Digər ölkələr06:19
Bloomberg milyarderlər reytinqində ilk 10-luğun hamısını amerikalılar tutub
Biznes05:42
İsveçrədə avtobus qəzaya uğrayıb, ölən və yaralananlar var
Digər ölkələr05:06