Azərbaycan İspaniyadan yem bitkisi toxumunun idxalını kəskin artırıb

Biznes
  • 01 noyabr, 2023
  • 11:46
Azərbaycan İspaniyadan yem bitkisi toxumunun idxalını kəskin artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 488,4 min ABŞ dolları dəyərində 134,5 ton yem bitkisi toxumu (əkin üçün) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 7,5 % çoxdur, kəmiyyət olaraq –3,6 % azdır.

Azərbaycan Danimarkadan 247 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 4 % azdır) 83,3 ton (-5,3 %), İspaniyadan 105,1 min ABŞ dolları dəyərində (+78 dəfə) 23,6 ton (+1 200 dəfə), Yeni Zelandiyadan 47,4 min ABŞ dolları dəyərində (-36 %) 8,5 ton (-65 %), Türkiyədən 34,9 min ABŞ dolları dəyərində (+7,5 dəfə) 10,2 ton (+13 %), Amerika Birləşmiş Ştatlarından 34,4 min ABŞ dolları dəyərində (-26 %) 5,2 ton (-29 %) məhsul alıb.

Hesabat dövründə Azərbaycandan 117 min ABŞ dolları dəyərində (-67 %) 104,3 ton (-70 %) yem bitkilərinin toxumu ixrac edilib.

Azərbaycan Özbəkistana 52,3 min ABŞ dolları dəyərində (-64 %) 63 ton (-63,6 %), Qırğızıstana 23,1 min ABŞ dolları dəyərində (-80 %) 22 ton (-80 %) və Gürcüstana 41,5 min ABŞ dolları dəyərində 19,3 ton (bir il əvvəl tədarük olmayıb) toxum satıb.