Azərbaycan İspaniyadan mikrodalğalı soba idxalını bərpa edib

Biznes
  • 10 oktyabr, 2024
  • 13:43
Azərbaycan İspaniyadan mikrodalğalı soba idxalını bərpa edib

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 3,78 milyon ABŞ dolları dəyərində 51 min 24 ədəd mikrodalğalı soba idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrün göstəricisindən dəyər ifadəsində 10 %, kəmiyyət olaraq – 3,1 % çoxdur.

Hesabat dövründə Azərbaycan Çindən 2,32 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 16,1 % çoxdur) 38 min 292 ədəd (+15,7 %), Malayziyadan 1,1 milyon ABŞ dolları dəyərində (+18 %) 12 min 189 ədəd (+15,5 %), Amerika Birləşmiş Ştatlarından 132,15 min ABŞ dolları dəyərində (+52 dəfə) 18 ədəd (+4,5 dəfə), Böyük Britaniyadan 172,2 min ABŞ dolları dəyərində (+2,4 dəfə) 335 ədəd (+2,1 dəfə), İtaliyadan 19,86 min ABŞ dolları dəyərində (+62 %) 50 ədəd (+29 %) soba alıb.

Azərbaycan 4 il 1 aylıq fasilənin ardından İspaniyadan (13,4 min ABŞ dolları dəyərində 36 ədəd) tədarükü bərpa edib.

Son xəbərlər

Bütün Xəbər Lenti