Azərbaycan İspaniyadan MDF lövhə tədarükünü bərpa edib

Biznes
  • 10 avqust, 2023
  • 11:54
Azərbaycan İspaniyadan MDF lövhə tədarükünü bərpa edib

Bu ilin yanvar-may aylarında Azərbaycana xarici ölkələrdən 19,571 milyon ABŞ dolları dəyərində 4 milyon 633 min kvadratmetr ağaclifli plitələr (MDF) idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 16,3 %, kəmiyyət olaraq – 26,3 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyadan 12,75 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 62 % çoxdur) 3 milyon 271 min kvadratmetr (+44 %), Türkiyədən 3,1 milyon ABŞ dolları dəyərində (+6,5 %) 396,76 min kvadratmetr (-5 %), Belarusdan 3 milyon ABŞ dolları dəyərində (+8,8 dəfə) 837,1 min kvadratmetr (+4,8 dəfə), İrandan 275 min ABŞ dolları dəyərində (-18 %) 89,53 min kvadratmetr (-24 %), Çindən 154,22 min ABŞ dolları dəyərində (+6,2 %) 20,12 min kvadratmetr (+25 %) material alıb.

Azərbaycan 1 il 1 aylıq fasilənin ardından İspaniyadan (9 min ABŞ dolları dəyərində 0,19 min kvadratmetr) MDF lövhələrin tədarükünü bərpa edib.

2022-ci ildə Azərbaycana (12 ölkədən) idxal edilmiş 11 milyon 223 min kvadratmetr MDF-nin 71 %-i Rusiyanın, 14,2 %-i Belarusun, 9,7 %-i Türkiyənin payına düşüb.