Azərbaycan İspaniyadan kassa aparatları tədarük etməyə başlayıb

Biznes
  • 11 iyun, 2024
  • 10:29
Azərbaycan İspaniyadan kassa aparatları tədarük etməyə başlayıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan 1,48 milyon ABŞ dolları dəyərində 7 min 183 ədəd kassa aparatı idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 64 %, kəmiyyət olaraq – 10 % çoxdur.

Hesabat dövründə Azərbaycan Çindən 1,25 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 47 % çoxdur) 7 min 115 ədəd (+10 %), Amerika Birləşmiş Ştatlarından 205 min ABŞ dolları dəyərində 20 ədəd (bir il əvvəl tədarük olmayıb), Almaniyadan 20,64 min ABŞ dolları dəyərində 21 ədəd (bir il əvvəl tədarük olmayıb), Türkiyədən 7,65 min ABŞ dolları dəyərində (-49 %) 21 ədəd (+75 %), Fransadan 1,39 min ABŞ dolları dəyərində 3 ədəd (bir il əvvəl tədarük olmayıb) kassa aparatı alıb.

Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq İspaniyadan (1,31 min ABŞ dolları dəyərində 3 ədəd) tədarük həyata keçirilib.