Azərbaycan İspaniyadan cücə alışını kəskin artırıb
- 14 avqust, 2025
- 12:12
Bu ilin I yarısında Azərbaycana xarici ölkələrdən 6,4 milyon ABŞ dolları dəyərində 5 milyon 756 min ədəd çəkisi 185 qramdan artıq olmayan diri ev toyuğu (cücə) gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 10 %, kəmiyyət olaraq – 41 % azdır.
Hesabat dövründə Azərbaycan Rusiyadan 3,6 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 20 % çox) 514 min ədəd (+9 %), Türkiyədən 1,8 milyon ABŞ dolları dəyərində (-25 %) 4 milyon 300 min dəd (-33 %), İspaniyadan 441,2 min ABŞ dolları dəyərində (+3,7 dəfə) 77 min ədəd (+4,5 dəfə), Gürcüstandan 421 min ABŞ dolları dəyərində (-73 %) 851 min ədəd (-70 %) və Fransadan 130,1 min ABŞ dolları dəyərində 14 min ədəd (bir il əvvəl tədarük olmayıb) cücə alıb.
2024-cü ildə Azərbaycana idxal edilmiş 16,55 milyon ədəd cücənin 71 %-i Türkiyənin payına düşüb.