Azərbaycan İspaniyadan alüminium oksidinin tədarükünü bərpa edib

Biznes
  • 26 iyul, 2024
  • 08:59
Azərbaycan İspaniyadan alüminium oksidinin tədarükünü bərpa edib

Bu ilin yanvar-may aylarında Azərbaycan 17,1 milyon ABŞ dolları dəyərində 36 min 399 ton alüminium oksidi (əsasən alüminium istehsalında aralıq məhsul kimi istifadə olunur) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 15 %, kəmiyyət olaraq – 16 % azdır.

Hesabat dövründə Azərbaycan Yunanıstandan 9,5 milyon ABŞ dolları dəyərində 20 min 669 ton (bir il əvvəl tədarük olmayıb), İspaniyadan 7,3 milyon ABŞ dolları dəyərində 15 min 552 ton, Rusiyadan 174,2 min ABŞ dolları dəyərində 47 ton (bir il əvvəl tədarük olmayıb), Türkiyədən 53,2 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 69 % çoxdur) 124,2 ton (+77 %), Fransadan 26,3 min ABŞ dolları dəyərində 2,4 ton məhsul alıb.

Azərbaycan 5 il 7 aylıq fasilənin ardından İspaniyadan alüminium oksidinin tədarükünü bərpa edib.