Azərbaycan İspaniyadan alışdırma şamlarının idxalını bərpa edib

Biznes
  • 11 oktyabr, 2024
  • 09:31
Azərbaycan İspaniyadan alışdırma şamlarının idxalını bərpa edib

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 2,8 milyon ABŞ dolları dəyərində 1 milyon 762 min 936 ədəd mühərriklərin işə salınması üçün alışdırma şamı idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 11,45 %, kəmiyyət olaraq – 1 % çoxdur.

Hesabat dövründə Azərbaycan Yaponiyadan 675,16 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 39 % çoxdur) 140 min 566 ədəd (+78 %), Çindən 648,8 min ABŞ dolları dəyərində (-20 %) 936 min 550 ədəd (-26 %), Amerika Birləşmiş Ştatlarından 418,75 min ABŞ dolları dəyərində (+2 dəfə) 5 min 767 ədəd (-30 %), Cənubi Koreyadan 268,84 min ABŞ dolları dəyərində (-5 %) 83 min 729 ədəd (-16 %), Almaniyadan 235,22 min ABŞ dolları dəyərində (-6 %) 51 min 791 ədəd (-33 %) məhsul alıb.

Azərbaycan 1 il 5 aylıq fasilənin ardından İspaniyadan (0,84 min ABŞ dolları dəyərində 90 ədəd) alışdırma şamlarının tədarükünü bərpa edib.

2023-cü ildə Azərbaycana 32 ölkədən idxal edilmiş 3,35 milyon ədəd alışdırma şamının 68,2 %-i Çinin payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti