Azərbaycan İspaniya və Türkiyəyə zeytun yağı ixrac etməyə başlayıb

Biznes
  • 13 mart, 2024
  • 12:40
Azərbaycan İspaniya və Türkiyəyə zeytun yağı ixrac etməyə başlayıb

2023-cü ildə Azərbaycan 3,9 milyon ABŞ dolları dəyərində 710,5 ton zeytun yağı ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 5,9 dəfə, kəmiyyət olaraq 5,7 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan İspaniyaya 1,5 milyon ABŞ dolları dəyərində 264 ton, Türkiyəyə 1,2 milyon ABŞ dolları dəyərində 251 ton, Birləşmiş Ərəb Əmirliklərinə 352 min ABŞ dolları dəyərində 67 ton (bir il əvvəl tədarük olmayıb), Gürcüstana 227 min ABŞ dolları dəyərində (+23 %) 33,7 ton (-13 %), İraqa 151 min ABŞ dolları dəyərində (+3,7 dəfə) 25 ton (+2,3 dəfə) məhsul satıb.

Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq İspaniya və Türkiyəyə tədarük həyata keçirilib.

2022-ci ildə Azərbaycandan 10 ölkəyə ixrac edilmiş 125 ton zeytun yağının 41,6 %-i Rusiyanın, 31,2 %-i Gürcüstanın payına düşüb.