Azərbaycan İspaniya və Niderlanddan balqabaq alışını bərpa edib

Biznes
  • 09 avqust, 2025
  • 15:51
Azərbaycan İspaniya və Niderlanddan balqabaq alışını bərpa edib

Bu ilin yanvar-may aylarında Azərbaycana 263 min ABŞ dolları dəyərində 384 ton balqabaq idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 10 %, kəmiyyət olaraq – 12 % azdır.

Hesabat dövründə Azərbaycan Türkiyədən 175,77 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 8 % az) 251 ton (-8 %), İrandan 61,23 min ABŞ dolları dəyərində (+24 %) 87,47 ton (+23 %), Gürcüstandan 25,1 min ABŞ dolları dəyərində (-51 %) 45,38 ton (-52 %), İspaniyadan 0,39 min ABŞ dolları dəyərində 0,02 ton və Niderlanddan 0,07 min ABŞ dolları dəyərində 0,01 ton məhsul alıb.

Azərbaycan 1 il 10 ayın tamamında Niderlanddan və 1 il 5 aylıq aradan sonra İspaniyadan tədarükü bərpa edib.

Son xəbərlər

Bütün Xəbər Lenti