Azərbaycan İrlandiyadan pendir alışını bərpa edib
- 21 iyun, 2025
- 10:43
Bu ilin yanvar-aprel aylarında Azərbaycan 8,9 milyon ABŞ dolları dəyərində 2 494 ton pendir idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 6 % az, kəmiyyət olaraq – 8 % çoxdur.
Hesabat dövründə Azərbaycan İrandan 2,2 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 67 % çox) 1 320 ton (+83 %), Belarusdan 1,2 milyon ABŞ dolları dəyərində (-2 %) 209 ton (-13 %), Litvadan 1,1 milyon ABŞ dolları dəyərində (-51 %) 186 ton (-57 %), Ukraynadan 848 min ABŞ dolları dəyərində (-12 %) 168 ton (-28 %), Almaniyadan 643 min ABŞ dolları dəyərində (+5 %) 119 ton (+0,2 %) pendir alıb.
Azərbaycan 2 il 6 aylıq fasilənin İrlandiyadan pendir tədarükünü (123 min ABŞ dolları dəyərində 20,2 ton) bərpa edib.
2024-cü ildə Azərbaycana idxal edilmiş 7 820 ton pendirin 42,6 %-i İranın, 13,4 %-i Litvanın, 9 %-i Belarusun payına düşüb.