Azərbaycan İrlandiya və Danimarkadan pivə alışını bərpa edib

Biznes
  • 06 noyabr, 2023
  • 12:13
Azərbaycan İrlandiya və Danimarkadan pivə alışını bərpa edib

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 3,9 milyon ABŞ dolları dəyərində 272,44 min dekalitr səməni pivəsi idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 19 %, kəmiyyət olaraq – 5 % çoxdur.

Hesabat dövründə Azərbaycan Türkiyədən 1,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 60 % çoxdur) 67,8 min dekalitr (+39 %), Qazaxıstandan 611 min ABŞ dolları dəyərində (-8 %) 53,4 min dekalitr (-15 %), Almaniyadan 511 min ABŞ dolları dəyərində (+4 %) 28,8 min dekalitr (-0,4 %), Meksikadan 469 min ABŞ dolları dəyərində (+68 %) 20,8 min dekalitr (+21 %), Rusiyadan 373 min ABŞ dolları dəyərində (-39 %) 40,2 min dekalitr (-35 %) pivə alıb.

Azərbaycan 9 il 5 aylıq fasilənin ardından Danimarkadan (5,4 min ABŞ dolları dəyərində 0,2 min dekalitr) və 1 il 8 aydan sonra İrlandiyadan (13 min ABŞ dolları dəyərində 0,5 min dekalitr) pivə tədarükünü bərpa edib.

2022-ci ildə Azərbaycana (17 ölkədən) idxal edilmiş 358 min dekalitr pivənin 23 %-i Rusiyanın, 22 %-i Qazaxıstanın, 18,2 %-i Türkiyənin payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti