Azərbaycan İranın qeyri-neft məhsullarının əsas idxalçılarından olub

Biznes
  • 07 sentyabr, 2022
  • 12:48
Azərbaycan İranın qeyri-neft məhsullarının əsas idxalçılarından olub

İran, ölkədə yeni ilin başladığı martın 21-dən avqustun 21-nə qədərki 5 ay ərzində xarici ölkələrlə 42 milyard 589 milyon ABŞ dolları dəyərində qeyri-neft ticarəti əməliyyatı aparıb.

"Report" İran mətbuatına istinadən xəbər verir ki, bunun 20 milyard 636 milyon dollarlıq hissəsi 15 qonşu ölkənin payına düşüb.

O cümlədən qonşu ölkələrə 10 milyard 723 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulu ixrac edilib, əvəzində 9 milyard 913 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulu idxal olunub.

5 zy ərzində ranın məhsullarının əsas idxalçılarıı olan qonşu ölkələr - İraq, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Türkiyə, Əfqanıstan, Pakistan, Oman, Azərbaycan, Rusiya, Türkmənistan, Ermənistan, Küveyt, Qazaxıstan, Qətər, Bəhreyn və Səudiyyə Ərəbistan olub.

Son xəbərlər

Bütün Xəbər Lenti