Azərbaycan İranın istixana məhsullarının əsas idxalçısıdır
- 05 sentyabr, 2022
- 05:32
İranda istehsal olunan istixana məhsullarının 90%-dən çoxu ixrac edilir.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu qonşu ölkənin "Milli İstixana Qurucuları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Əbdülrəhman Hüseynifərd bildirib.
"Əsas idxalçılarımız Qətər, Oman, BƏƏ, Rusiya, Ukrayna, Belarus, İraq, Azərbaycan, Ermənistan, Gürcüstan və Avrasiya İqtisadi Birliyinə üzv olan digər ölkələrdir.
Hazırda İranın 31 vilayətində ümumi ərazisi 23 min hektara yaxın istixana var. Bir neçə il əvvələ qədər istixanalarımızda xiyar, pomidor, bolqar bibəri və bəzi bəzək bitkiləri kimi az sayda məhsul becərilirdi. Amma indi müxtəlif növ tərəvəzlər, çiçəklər, ağac və bitkilər, meyvələr, tinglər, toxumlar, dərman bitkiləri və hətta yem yetişdiririk”, - deyə o, qeyd edib.