Azərbaycan İrandan şaftalı idxalını bərpa edib

Biznes
  • 13 mart, 2024
  • 05:48
Azərbaycan İrandan şaftalı idxalını bərpa edib

2023-cü ildə Azərbaycan 360,4 min ABŞ dolları dəyərində 205,21 ton şaftalı (nektarinlər daxil olmaqla) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 20 %, kəmiyyət olaraq – 16 % çoxdur.

Hesabat dövründə Azərbaycan Türkiyədən 234,5 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 26 % çoxdur) 118,4 ton (+18 %), Rusiyadan 99,4 min ABŞ dolları dəyərində (+4 dəfə) 82,8 ton (+5 dəfə), Cənubi Afrikadan 18,3 min ABŞ dolları dəyərində (+3 dəfə) 2,3 ton (+3 dəfə), Çilidən 7,4 min ABŞ dolları dəyərində (-22 %) 0,9 ton (-22 %) və İrandan 0,8 min ABŞ dolları dəyərində 0,7 ton məhsul alıb.

Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq İrandan tədarük həyata keçirilib.

2022-ci ildə Azərbaycana 6 ölkədən idxal edilən 177 ton şaftalının 56,4 %-i Türkiyənin, 33 %-i Gürcüstanın payına düşüb.