Azərbaycan İrandan polad prokatının idxalını kəskin artırıb
- 31 avqust, 2024
- 11:29
Bu ilin yanvar-iyun aylarında Azərbaycan 151 milyon ABŞ dolları dəyərində 189 881 ton polad prokatı idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 13 %, kəmiyyət olaraq – 9,4 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyadan 90,7 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 11,5 % çoxdur) 131 603 ton (+4,3 %), Çindən 34,7 milyon ABŞ dolları dəyərində (+14 %) 32 143 ton (+17 %), Türkiyədən 8,91 milyon ABŞ dolları dəyərində (-8 %) 8 028 ton (+3,3 %), Qazaxıstandan 8,41 milyon ABŞ dolları dəyərində (+32 %) 9 224 ton (+40 %), İrandan 6,42 milyon ABŞ dolları dəyərində (+67 %) 7 637 ton (+70 %) məhsul alıb.
2023-cü ildə Azərbaycana 37 ölkədən idxal edilmiş 358 min 251 ton polad prokatının 63,1 %-i Rusiyanın payına düşüb.