Azərbaycan İrandan mandarin alışını 57 dəfə artırıb

Biznes
  • 15 avqust, 2025
  • 14:37
Azərbaycan İrandan mandarin alışını 57 dəfə artırıb

Bu ilin I yarısında Azərbaycan 3,9 milyon ABŞ dolları dəyərində 5 333 ton mandarin idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 50 %, kəmiyyət olaraq – 52 % azdır.

Hesabat dövründə Azərbaycan Türkiyədən 3,25 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 41 % az) 4 485 ton (-43 %), İrandan 370 min ABŞ dolları dəyərində (+62 dəfə) 514 ton (+57 dəfə), Misirdən 130 min ABŞ dolları dəyərində (-46 %) 162 ton (-47 %), Pakistandan 86 min ABŞ dolları dəyərində (-54 %) 107,5 ton (-54 %), Cənubi Afrikadan (CAR) 20,8 min ABŞ dolları dəyərində (+2,3 %) 26 ton (+8,3 %) məhsul alıb.

2024-cü ildə Azərbaycana idxal edilmiş 12,3 min ton mandarinin 68 %-i Türkiyənin payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti