Azərbaycan İrandan krevet tədarükünü kəskin artırıb

Biznes
  • 06 noyabr, 2024
  • 10:19
Azərbaycan İrandan krevet tədarükünü kəskin artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 1,1 milyon ABŞ dolları dəyərində 153 ton dəniz kreveti idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 15 %, kəmiyyət olaraq – 11 % azdır.

Hesabat dövründə Azərbaycan Çindən 355 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 0,3 % çoxdur) 66 ton (-0,5 %), Hindistandan 354,5 min ABŞ dolları dəyərində (-37 %) 50,4 ton (-33 %), İrandan 98,4 min ABŞ dolları dəyərində (+11 dəfə) 14 ton (+11 dəfə), Vyetnamdan 91,5 min ABŞ dolları dəyərində (-49 %) 6,7 ton (-52 %), Belçikadan 33,6 min ABŞ dolları dəyərində (+7 dəfə) 1,9 ton (+5 dəfə) krevet alıb.

2023-cü ildə Azərbaycana 19 ölkədən idxal edilmiş 352 ton krevetin 61,4 %-i Çinin payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti