Azərbaycan İrandan əncir alışını 25 dəfə artırıb
- 02 oktyabr, 2024
- 06:46
Bu ilin yanvar-iyul aylarında Azərbaycana 139,5 min ABŞ dolları dəyərində 26,2 ton əncir (təzə və ya qurudulmuş) idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 17 %, kəmiyyət olaraq – 46 % azdır.
Hesabat dövründə Azərbaycan Türkiyədən 107,7 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 31 % azdır) 21,9 ton (-53 %), İrandan 29,3 min ABŞ dolları dəyərində (+29 dəfə) 4,1 ton (+25 dəfə), Almaniyadan 1,8 min ABŞ dolları dəyərində (+8 dəfə) 0,1 ton (+7 dəfə), Lüksemburqdan 0,45 min ABŞ dolları dəyərində (-80 %) 0,02 ton (-83 %), Braziliyadan 0,2 min ABŞ dolları dəyərində (-87 %) 0,02 ton (-86 %) əncir alıb.
2023-cü ildə Azərbaycana 9 ölkədən idxal edilmiş 122 ton əncirin 96 %-i Türkiyənin payına düşüb.