Azərbaycan İrandan 164 milyon dollarlıq mineral və mədən məhsulları idxal edib

Biznes
  • 22 may, 2023
  • 06:54
Azərbaycan İrandan 164 milyon dollarlıq mineral və mədən məhsulları idxal edib

İran təqvimi ilə ötən il martın 21-dən bu il martın 20-nə qədər davam etmiş növbəti il ərzində Azərbaycan bu ölkədən 164 milyon ABŞ dolları dəyərində 357 min ton mineral və mədən məhsulları idxal edib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə qonşu ölkənin Mədən Sənayelərinin İnkişafı və Yenidənqurma Təşkilatı məlumat yayıb.

Məlumata görə, il ərzində İranın mineral və mədən məhsulları ixracının ümumi dəyəri 12,24 milyard ABŞ dolları təşkil edib. Bu gəlir 48,69 milyon ton məhsulun icrası hesabına formalaşıb.

Hesabat dövründə İranın əsas minerallar və mədən məhsulları idxalçısı Çin (2,9 milyard ABŞ dolları; 10,94 milyon ton) olub. Onu İraq (2,07 milyard ABŞ dolları; 12,32 milyon ton), Türkiyə (1,85 milyard ABŞ dolları; 1,48 milyon ton), BƏƏ (1,33 milyard ABŞ dolları; 3,6 milyon ton) və İndoneziya (770 milyon ABŞ dolları; 1,58 milyon ton) izləyib.

44 filmi