Azərbaycan İran və Almaniyaya mineral su ixracını bərpa edib
- 05 fevral, 2024
- 12:55
Yeniliklərdən dərhal xəbərdar olun!
2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycan 522 min ABŞ dolları dəyərində 121 min dekalitr mineral su ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 3,4 %, kəmiyyət olaraq – 18 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyaya 341 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 12,5 % çoxdur) 56,4 min dekalitr (+2,2 %), Türkiyəyə 44,8 min ABŞ dolları dəyərində (-3,4 %) 27,6 min dekalitr (+2,2 dəfə), İraqa 37,9 min ABŞ dolları dəyərində 7,9 min dekalitr (bir il əvvəl tədarük olmayıb), Ukraynaya 18,5 min ABŞ dolları dəyərində (+14,4 %) 7,7 min dekalitr (+13,5 %), Avstraliyaya 13,7 min ABŞ dolları dəyərində 1,3 min dekalitr (bir il əvvəl tədarük olmayıb) məhsul satıb.
Azərbaycan 6 il 9 ayın tamamında Almaniyaya (0,1 min ABŞ dolları dəyərində 0,01 min dekalitr) və 2 il 10 aylıq fasilənin ardından İrana (10,3 min ABŞ dolları dəyərində 4,6 min dekalitr) tədarükü bərpa edib.