Azərbaycan iqtisadiyyatı ilə bağlı videokonfrans keçirilib

Azərbaycan iqtisadiyyatı ilə bağlı videokonfrans keçirilib İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı könüllülərlə “Azərbaycan iqtisadiyyatı: pandemiya və postpandemiya dövründə” mövzusunda görüş keçirib.
Biznes
22 İyun , 2020 15:25
Azərbaycan iqtisadiyyatı ilə bağlı videokonfrans keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı könüllülərlə “Azərbaycan iqtisadiyyatı: pandemiya və postpandemiya dövründə” mövzusunda görüş keçirib. 

"Report" xəbər verir ki, görüş İİTKM-in İslahat Könüllüləri təşkilatının təşkilatçılığı ilə videokonfrans formatında baş tutub. 

Görüşdə pandemiyanın Azərbaycan iqtisadiyyatına təsirləri və postpandemiya dövrü üçün proqnozlardan danışılıb. Müzakirələr əsasən ÜDM-in artımı, tədiyyə balansı, makroiqtisadi vəziyyət, büdcə siyasəti, monetar siyasət və innovativ inkişafı əhatə edib.

Görüşdə Mərkəzin könüllüləri ilə yanaşı ASAN, DOST, QİDA, miqrasiya, aqrar və gömrükçü könüllüləri də olmaqla yüzlərlə gənc iştirak edib. V.Qasımlının çıxışının ardınca könüllüləri və mətbuat nümayəndələrini maraqlandıran suallar dinlənilib və fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi