Azərbaycan ipək ixracını 12 dəfədən çox artırıb

Azərbaycan ipək ixracını 12 dəfədən çox artırıb Hesabat dövründə ipək üzrə idxal Azərbaycanın ümumi idxalının 0 %-ni, ixrac isə ümumi ixracın 0,02 %-ni təşkil edib
Biznes
21 Avqust , 2021 16:18
Azərbaycan ipək ixracını 12 dəfədən çox artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 11 min ABŞ dolları dəyərində ipək idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20 min ABŞ dolları (2,8 dəfə) azdır.

Yeddi ay ərzində Azərbaycanın ipək ixracının dəyəri isə 2,022 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 1,859 milyon ABŞ dolları (12,4 dəfə) çoxdur.

Hesabat dövründə ipək üzrə idxal Azərbaycanın ümumi idxalının 0 %-ni, ixrac isə ümumi ixracın 0,02 %-ni təşkil edib.

Son xəbərlər

Orphus sistemi