Azərbaycan İordaniyadan pestisid alışını kəskin artırıb

Biznes
  • 09 sentyabr, 2024
  • 11:32
Azərbaycan İordaniyadan pestisid alışını kəskin artırıb

Bu ilin I yarısında Azərbaycana 35,2 milyon ABŞ dolları dəyərində 5 min 196 ton pestisid (bitkilərin mühafizəsi üçün kimyəvi maddələr) gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 5 % azdır, kəmiyyət olaraq – 14 % çoxdur.

Hesabat dövründə Azərbaycan Türkiyədən 18,65 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3 % çoxdur) 2 min 729 ton (+12 %), Rusiyadan 4 milyon ABŞ dolları dəyərində (+18 %) 619 ton (+46 %), Çindən 3,6 milyon ABŞ dolları dəyərində (-13 %) 614 ton (+5,3 %), Almaniyadan 1,9 milyon ABŞ dolları dəyərində (-32 %) 302 ton (+61 %), İordaniyadan 1,2 milyon ABŞ dolları dəyərində (+3 dəfə) 112 ton (+4 dəfə) məhsul alıb.

2023-cü ildə Azərbaycana 41 ölkədən idxal edilmiş 8 min 233 ton pestisidin 55,1 %-i Türkiyənin payına düşüb.