“Azərbaycan İnvestisiya Şirkəti”nin payçısı olduğu şirkətin mənfəəti 10 % azalıb
- 21 iyun, 2023
- 05:16
Yeniliklərdən dərhal xəbərdar olun!
İqtisadiyyat Nazirliyinə məxsus “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin (AİŞ) payçısı olduğu “Diamed Co” MMC 2022-ci ili 2,177 milyon manat mənfəətlə başa vurub.
“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 9,7 % azdır.
Bu il yanvarın 1-nə “Diamed Co”nun aktivləri 12,996 milyon manat olub ki, bu da illik müqayisədə 2,3 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 94,7 % artaraq 3,449 milyon manata, balans kapitalı isə 12,7 % azalaraq 9,546 milyon manata düşüb.
Xatırladaq ki, “Diamed Co” 2017-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 9,52 milyon manatdır. Şirkət beynəlxalq standartlara uyğun birdəfəlik şprislərin istehsalı ilə məşğuldur. AİŞ-in bu layihədə payı 22,5 %-dir.