Azərbaycan İndoneziyaya mebel satışını bərpa edib

Biznes
  • 11 yanvar, 2025
  • 06:23
Azərbaycan İndoneziyaya mebel satışını bərpa edib

2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan 2,9 milyon ABŞ dolları dəyərində 21 543 ədəd mebel (ağacdan mətbəx, yataq və sair) ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 24 %, kəmiyyət olaraq – 25,3 % azdır.

Hesabat dövründə Azərbaycan Polşaya 1,05 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 5 dəfə çoxdur) 2 065 ədəd (+4,5 dəfə), Gürcüstana 753 min ABŞ dolları dəyərində (+2,7 dəfə) 7 887 ədəd (+3 dəfə), Amerika Birləşmiş Ştatlarına 430 min ABŞ dolları dəyərində (-19 %) 6 989 ədəd (-16 %), Rusiyaya 299 min ABŞ dolları dəyərində (+6 dəfə) 2 273 ədəd (+4 dəfə), Qazaxıstana 180 min ABŞ dolları dəyərində (-27 %) 494 ədəd (-68 %) mebel satıb.

Azərbaycan 3 ilin tamamında İndoneziyaya (3,4 min ABŞ dolları dəyərində 58 ədəd) tədarükü bərpa edib.

44 - Tezliklə