Azərbaycan İndoneziyadan qol saatlarının alışını kəskin artırıb

Biznes
  • 11 noyabr, 2023
  • 09:00
Azərbaycan İndoneziyadan qol saatlarının alışını kəskin artırıb

2023-cü ilin yanvar-avqust aylarında Azərbaycana 13,1 milyon ABŞ dolları dəyərində 1,56 milyon ədəd qol saatı idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 1,1 %, kəmiyyət olaraq 34 % çoxdur.

Hesabat dövründə Azərbaycan İsveçrədən 8,22 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 48 % çoxdur) 9 min 627 ədəd (+23,4 %), Çindən 4,13 milyon ABŞ dolları dəyərində (-37 %) 1,54 milyon ədəd (+34 %), Vyetnamdan 166 min ABŞ dolları dəyərində (-50 %) 700 ədəd (-55 %), Tailanddan 150 min ABŞ dolları dəyərində (-13 %) 2 min 115 ədəd (-36 %), İndoneziyadan 106,1 min ABŞ dolları dəyərində (+96 %) 3 min 497 ədəd (+90 %) saat alıb.

2022-ci ildə Azərbaycana (23 ölkədən) idxal edilmiş 19,74 milyon ABŞ dolları dəyərində qol saatlarının 49,8 %-i İsveçrənin, 44,1 %-i Çinin payına düşüb.