Azərbaycan iki ölkəyə yük avtomobillərinin tədarükünü bərpa edib

Biznes
  • 16 fevral, 2024
  • 12:58
Azərbaycan iki ölkəyə yük avtomobillərinin tədarükünü bərpa edib

2023-cü ildə Azərbaycan 115,4 milyon ABŞ dolları dəyərində 7 min 287 ədəd yük avtomobili idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 5 %, kəmiyyət olaraq – 42 % çoxdur.

Azərbaycan Almaniyadan 47,21 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 47 % çoxdur) 5 min 461 ədəd (+60 %), Çindən 40,72 milyon ABŞ dolları dəyərində (+43 %) 828 ədəd (+46 %), Yaponiyadan 7,5 milyon ABŞ dolları dəyərində (+22 %) 281 ədəd (+29 %), İtaliyadan 4,43 milyon ABŞ dolları dəyərində (+99 %) 159 ədəd (+59 %), Türkiyədən 3,2 milyon ABŞ dolları dəyərində (-71 %) 175 ədəd (-14 %) yük avtomobili alıb.

Hesabat dövründə Azərbaycandan 2,63 milyon ABŞ dolları dəyərində (+2,8 dəfə) 51 ədəd (+2,7 dəfə) yük avtomobili ixrac edilib.

Azərbaycan Türkiyəyə 1,81 milyon ABŞ dolları dəyərində 25 ədəd, Gürcüstana 581 min ABŞ dolları dəyərində (+18 dəfə) 13 ədəd (+13 dəfə), Qazaxıstana 120 min ABŞ dolları dəyərində (+24 dəfə) 6 ədəd (+6 dəfə), Qırğızıstana 60 min ABŞ dolları dəyərində (-1,6 %) 1 ədəd (dəyişməyib) və Ukraynaya 47 min ABŞ dolları dəyərində 6 ədəd yük avtomobili satıb.

Azərbaycan 4 il 3 ayın tamamında Türkiyəyə və 1 il 6 aylıq fasilənin ardından Ukraynaya tədarükü bərpa edib.

Son xəbərlər

Bütün Xəbər Lenti