Azərbaycan iki ölkəyə heyva ixracını kəskin artırıb

Biznes
  • 20 sentyabr, 2023
  • 11:59
Azərbaycan iki ölkəyə heyva ixracını kəskin artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 464 min ABŞ dolları dəyərində 471 ton heyva ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 61 %, kəmiyyət olaraq – 48 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyaya 448,5 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 73 % çoxdur) 455,8 ton (+68 %), Belarusa 6,2 min ABŞ dolları dəyərində (+19 %) 5 ton (-13 %), Qazaxıstana 5,4 min ABŞ dolları dəyərində (+10,4 dəfə) 9,2 ton (+6,6 dəfə), Səudiyyə Ərəbistanına 3,9 min ABŞ dolları dəyərində 0,75 ton (ilk dəfə tədarük olub), Qətərə 0,1 min ABŞ dolları dəyərində 0,1 ton (bir il əvvəl tədarük olmayıb) meyvə satıb.

2022-ci ildə Azərbaycandan (6 ölkəyə) ixrac edilmiş 1 min 619 ton heyvanın 94,4 %-i Rusiyanın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti