Azərbaycan iki ölkəyə fındıq ixracını bərpa edib
- 27 oktyabr, 2023
- 06:47
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-avqust aylarında Azərbaycan 70,5 milyon ABŞ dolları dəyərində 14 min 144 ton meşə fındığı ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 12 %, kəmiyyət olaraq – 24 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyaya 34,1 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 44 % çoxdur) 7 min 390 ton (+64 %), Almaniyaya 13,2 milyon ABŞ dolları dəyərində (+25 %) 2 min 347 ton (+40 %), İtaliyaya 9,3 milyon ABŞ dolları dəyərində (-60 %) 1 min 674 ton (-56 %), İsveçrəyə 4,7 milyon ABŞ dolları dəyərində (+5,5 dəfə) 780 ton (+5,6 dəfə), Türkiyəyə 1,9 milyon ABŞ dolları dəyərində (+18 dəfə) 376 ton (+18 dəfə) məhsul satıb.
Azərbaycan 9 il 2 ayın tamamında İsrailə (110 min ABŞ dolları dəyərində 20 ton) və 3 il 1 aylıq fasilənin ardından Estoniyaya (114,4 min ABŞ dolları dəyərində 22 ton) fındıq tədarükünü bərpa edib.
2022-ci ildə Azərbaycandan (22 ölkəyə) ixrac edilmiş 21,9 min ton fındığın 52,5 %-i Rusiyanın payına düşüb.