Azərbaycan iki ölkəyə duz tədarükünü bərpa edib
- 15 fevral, 2024
- 10:53
Yeniliklərdən dərhal xəbərdar olun!
2023-cü ildə Azərbaycan 1,45 milyon ABŞ dolları dəyərində 10 min 793 ton duz (qida üçün yararlı, yodlaşdırılmış) ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 41 %, kəmiyyət olaraq – 53 % azdır.
Azərbaycan Gürcüstana 1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 10 % çoxdur) 6 min ton (-7 %), Rusiyaya 406 min ABŞ dolları dəyərində (-73 %) 4 min 493 ton (-73 %), Ukraynaya 14,9 min ABŞ dolları dəyərində (+36 %) 127 ton (+69 %), Qazaxıstana 9,7 min ABŞ dolları dəyərində 100 ton, Kanadaya 0,4 min ABŞ dolları dəyərində (+57 %) 1,7 ton (+54 %) məhsul satıb.
Azərbaycan 4 il 3 aylıq fasilənin ardından Qazaxıstana və 4 ilin tamamında Almaniyaya (0,01 min ABŞ dolları dəyərində 0,01 ton) tədarükü bərpa edib.
Hesabat dövründə Azərbaycana 1,1 milyon ABŞ dolları dəyərində (-18 %) 9 min 653 ton (-19 %) duz idxal edilib.
Azərbaycan İrandan 522 min ABŞ dolları dəyərində (-20 %) 6 min 527 ton (-20 %), Rusiyadan 385 min ABŞ dolları dəyərində (+26 %) 2 min 628 ton (+30 %), Türkiyədən 92 min ABŞ dolları dəyərində (-20 %) 238 ton (-20 %), Pakistandan 41,4 min ABŞ dolları dəyərində (-39 %) 52,1 ton (-47 %), Çindən 39,5 min ABŞ dolları dəyərində (+90 %) 19,24 ton (+17 dəfə) məhsul alıb.