Azərbaycan iki ölkədən suxarı idxal etməyə başlayıb

Biznes
  • 07 fevral, 2024
  • 12:39
Azərbaycan iki ölkədən suxarı idxal etməyə başlayıb

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 1,1 milyon ABŞ dolları dəyərində 584 ton suxarı idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 7 %, kəmiyyət olaraq – 1,5 % azdır.

Hesabat dövründə Azərbaycan Rusiyadan 434 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 17 % azdır) 224 ton (-16 %), Türkiyədən 345 min ABŞ dolları dəyərində (-8 %) 84,2 ton (-33 %), İrandan 197 min ABŞ dolları dəyərində (+91 %) 235 ton (+81 %), Ukraynadan 86 min ABŞ dolları dəyərində (-36 %) 34 ton (-39 %), İtaliyadan 12 min ABŞ dolları dəyərində (+80 %) 1,4 ton (+42 %) məhsul alıb.

Ötən il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Portuqaliyadan (0,42 min ABŞ dolları dəyərində 0,1 ton) və Yunanıstandan (0,46 min ABŞ dolları dəyərində 0,02 ton) tədarük həyata keçirilib.

Son xəbərlər

Bütün Xəbər Lenti