Azərbaycan iki ölkədən sement idxalını bərpa edib

Biznes
  • 19 mart, 2024
  • 08:05
Azərbaycan iki ölkədən sement idxalını bərpa edib

Ötən il Azərbaycan 4,9 milyon ABŞ dolları dəyərində 20 min 289 ton sement idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 7 %, kəmiyyət olaraq – 25 % azdır.

Hesabat dövründə Azərbaycan Almaniyadan 1,33 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,5 dəfə çoxdur) 3 min 404 ton (+2,2 dəfə), İrandan 1 milyon ABŞ dolları dəyərində (+20 %) 7 min 995 ton (+10 %), Rusiyadan 996 min ABŞ dolları dəyərində (-68 %) 3 min 958 ton (-73 %), Yunanıstandan 833,7 min ABŞ dolları dəyərində 1 min 943 ton, Türkiyədən 677,3 min ABŞ dolları dəyərində (-8 %) 2 min 987 ton (-15 %) məhsul alıb.

Azərbaycan 6 il 5 ayın tamamında Yunanıstandan və 6 il 4 aylıq fasilənin ardından Birləşmiş Ərəb Əmirliklərindən (0,1 min ABŞ dolları dəyərində 0,15 ton) tədarükü bərpa edib.