Azərbaycan iki ölkədən qurudulmuş lobya idxal etməyə başlayıb
- 13 mart, 2024
- 11:56
Yeniliklərdən dərhal xəbərdar olun!
2023-cü ildə Azərbaycan 3,6 milyon ABŞ dolları dəyərində 2 min 694 ton lobya (qurudulmuş) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 5 %, kəmiyyət olaraq – 10 % azdır.
Hesabat dövründə Azərbaycan Özbəkistandan 2,9 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 14 % azdır) 2 min 189 ton (-20 %), Braziliyadan 143 min ABŞ dolları dəyərində (+2,7 dəfə) 144 ton (+3,2 dəfə), Misirdən 141,8 min ABŞ dolları dəyərində 89,35 ton, Qırğızıstandan 140 min ABŞ dolları dəyərində (-16 %) 89 ton (-7 %), Myanmadan 108,1 min ABŞ dolları dəyərində 96 ton (bir il əvvəl tədarük olmayıb) məhsul alıb.
Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Avstraliya (2,6 min ABŞ dolları dəyərində 0,9 ton) və Misirdən tədarük həyata keçirilib.
2022-ci ildə Azərbaycana (11 ölkədən) idxal edilmiş 3 min ton lobyanın 91,6 %-i Özbəkistanın, 3,2 %-i Qırğızıstanın payına düşüb.