Azərbaycan iki ölkədən qəhvə idxalını bərpa edib
- 31 avqust, 2022
- 11:23
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin I yarısında Azərbaycana 1,5 milyon ABŞ dolları dəyərində 153,1 ton qəhvə idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 20,6 %, kəmiyyət olaraq – 7,7 % çoxdur.
Hesabat dövründə İtaliyadan 567 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 30 % artıb) 42,2 ton (+45 %), Türkiyədən 264 min ABŞ dolları dəyərində (+5,6 %) 37,9 ton (-16 %), Rusiyadan 131 min ABŞ dolları dəyərində (+2,3 dəfə) 19,9 ton (+68,3 %), Birləşmiş Ərəb Əmirliklərindən 128 min ABŞ dolları dəyərində (+66 dəfə) 9,2 ton (+66 dəfə), Braziliyadan 95 min ABŞ dolları dəyərində (+1,8 %) 14,6 ton (-16,7 %) məhsul gətirilib.
Dörd illik fasilənin ardından İsveçdən, 1 il 10 aylıq aradan sonra İspaniyadan tədarük bərpa edilib. Həmin ölkələrdən müvafiq olaraq 0,1 min ABŞ dolları dəyərində 0,01 ton və 1,2 min ABŞ dolları dəyərində 0,1 ton qəhvə alınıb.