Azərbaycan iki ölkədən ördək ətinin idxalını bərpa edib

Biznes
  • 06 dekabr, 2023
  • 14:03
Azərbaycan iki ölkədən ördək ətinin idxalını bərpa edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 120,3 min ABŞ dolları dəyərində 34,2 ton ördək əti idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 58 %, kəmiyyət olaraq 51 % azdır.

Hesabat dövründə Azərbaycana Rusiyadan 77,6 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 30 % çoxdur) 28,6 ton (+90 %), Macarıstandan 16,8 min ABŞ dolları dəyərində (-82 %) 2,5 ton (-88 %), Niderlanddan 15,4 min ABŞ dolları dəyərində (+60 %) 2,5 ton (+3,7 %), Lüksemburqdan 6,9 min ABŞ dolları dəyərində (-29 %) 0,3 ton (-30 %), Kanadadan 1,9 min ABŞ dolları dəyərində 0,3 ton (bir il əvvəl tədarük olmayıb) məhsul alıb.

Azərbaycan 9 il 1 ayın tamamında Birləşmiş Ərəb Əmirliklərindən (0,8 min ABŞ dolları dəyərində 0,02 ton) və 2 il 2 aylıq aradan sonra Braziliyadan (0,5 min ABŞ dolları dəyərində 0,04 ton) tədarükü bərpa edib.

44 filmi