Azərbaycan iki ölkədən mixək idxalını bərpa edib  

Biznes
  • 29 fevral, 2024
  • 13:42
Azərbaycan iki ölkədən mixək idxalını bərpa edib   

2023-cü ildə Azərbaycan 364 min ABŞ dolları dəyərində 40 ton mixək idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 60 %, kəmiyyət olaraq – 68 % azdır.

Hesabat dövründə Azərbaycan Madaqaskardan 204,8 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 16 % azdır) 22,15 ton (-33 %), İndoneziyadan 87,8 min ABŞ dolları dəyərində (-79 %) 11,1 ton (-80 %), Türkiyədən 29,8 min ABŞ dolları dəyərində (-72 %) 1,4 ton (-90 %), Hindistandan 25,2 min ABŞ dolları dəyərində (+39 %) 3,5 ton (-20 %), Qəmər adalarından 14,8 min ABŞ dolları dəyərində (+5,6 dəfə) 2 ton (+29 dəfə) məhsul alıb.

Azərbaycan 2 il 3 aylıq fasilənin ardından Çindən (0,04 min ABŞ dolları dəyərində 0,01 ton) və 1 il 5 aylıq aradan sonra Şri-Lankadan (0,04 min ABŞ dolları dəyərində 0,01 ton) tədarükü bərpa edib.

2022-ci ildə Azərbaycana 10 ölkədən idxal edilmiş 125 ton mixəyin 44,2 %-i İndoneziyanın, 26,7 %-i Madaqaskarın payına düşüb.