Azərbaycan iki ölkədən mikrofon tədarükünü bərpa edib

Biznes
  • 23 mart, 2024
  • 11:23
Azərbaycan iki ölkədən mikrofon tədarükünü bərpa edib

Azərbaycan 2023-cü ildə 1,45 milyon ABŞ dolları dəyərində 128 min 963 ədəd mikrofon və onlar üçün altlıq idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 33 %, kəmiyyət olaraq – 52 % çoxdur.

Hesabat dövründə Azərbaycan Çindən 812,9 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 82 % çoxdur) 126 min 104 ədəd (+62 %), Almaniyadan 107 min ABŞ dolları dəyərində (+2 dəfə) 424 ədəd (+47 %), Tailanddan 95,4 min ABŞ dolları dəyərində (+66 dəfə) 86 ədəd (+95 %), Rumıniyadan 93,5 min ABŞ dolları dəyərində (+45 %) 194 ədəd (+50 %), Koreya Respublikasından 75,22 min ABŞ dolları dəyərində (+2,4 dəfə) 350 ədəd (+2,5 dəfə) məhsul alıb.

Azərbaycan 9 il 8 ayın tamamında İrlandiyadan (0,33 min ABŞ dolları dəyərində 1 ədəd) və 1 il 4 aylıq fasilədən sonra Sinqapurdan (1,35 min ABŞ dolları dəyərində 3 ədəd) tədarükü bərpa edib.