Azərbaycan iki ölkədən küncüt toxumunun tədarükünü bərpa edib

Biznes
  • 30 dekabr, 2023
  • 11:45
Azərbaycan iki ölkədən küncüt toxumunun tədarükünü bərpa edib

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 885 min ABŞ dolları dəyərində 412 ton küncüt toxumu idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 53 %, kəmiyyət olaraq – 39 % çoxdur.

Hesabat dövründə Azərbaycan Hindistandan 469 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 29 % çoxdur) 216,1 ton (+18 %), İrandan 157 min ABŞ dolları dəyərində (+2,7 dəfə) 93 ton (+2,7 dəfə), Türkiyədən 138 min ABŞ dolları dəyərində (+7 dəfə) 51,22 ton (+10 dəfə), Pakistandan 120 min ABŞ dolları dəyərində 52 ton (bir il əvvəl tədarük olmayıb), Rusiyadan 0,41 min ABŞ dolları dəyərində (-32 %) 0,04 ton (-43 %) məhsul alıb.

Azərbaycan 3 il 4 aylıq fasilənin ardından İtaliyadan (0,16 min ABŞ dolları dəyərində 0,01 ton) və 1 il 9 aylıq aradan sonra Misirdən (0,05 min ABŞ dolları dəyərində 0,01 ton) tədarükü bərpa edib.

2022-ci ildə Azərbaycana (10 ölkədən) idxal edilmiş 346 ton küncüt toxumunun 62 %-i Hindistanın payına düşüb.

44 filmi