Azərbaycan iki ölkədən kişmiş idxalını bərpa edib

Biznes
  • 22 fevral, 2024
  • 11:45
Azərbaycan iki ölkədən kişmiş idxalını bərpa edib

2023-cü ildə Azərbaycan 9,6 milyon ABŞ dolları dəyərində 4 min 644 ton qurudulmuş üzüm (kişmiş) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 6 %, kəmiyyət olaraq – 2 % çoxdur.

Hesabat dövründə Azərbaycan Özbəkistandan 5,7 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 20 % azdır) 2 min 379 ton (-29 %), İrandan 3,8 milyon ABŞ dolları dəyərində (+2 dəfə) 2 min 210 ton (+91 %), Türkiyədən 67,3 min ABŞ dolları dəyərində (-22 %) 28,3 ton (-35 %), Tacikistandan 46,2 min ABŞ dolları dəyərində 22 ton, Cənubi Afrikadan 9 min ABŞ dolları dəyərində (+5 dəfə) 3 ton (+6 dəfə) məhsul alıb.

Azərbaycan 2 il 9 ayın tamamında Çilidən (3,2 min ABŞ dolları dəyərində 0,8 ton) və 11 il 9 aylıq fasilənin ardından Tacikistandan qurudulmuş üzüm tədarükünü bərpa edib.

2022-ci ildə Azərbaycana (5 ölkədən) idxal edilmiş 4 min 548 ton qurudulmuş üzümün 73,6 %-i Özbəkistanın, 25,4 %-i İranın payına düşüb.

44 filmi