Azərbaycan iki ölkədən kassa aparatlarının idxalını bərpa edib
- 10 yanvar, 2024
- 12:26
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən ilin yanvar-oktyabr aylarında Azərbaycana 3,61 milyon ABŞ dolları dəyərində 20 min 831 ədəd kassa aparatı idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 64 %, kəmiyyət olaraq – 60 % azdır.
Hesabat dövründə Azərbaycan Çindən 3,3 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 60 % azdır) 20 min 373 ədəd (-60 %), Tayvandan 118 min ABŞ dolları dəyərində (+33 %) 130 ədəd (-14 %), Macarıstandan 57 min ABŞ dolları dəyərində (-76 %) 64 ədəd (-77 %), Rusiyadan 38 min ABŞ dolları dəyərində (-95,6 %) 12 ədəd (-97,6 %), Malayziyadan 38 min ABŞ dolları dəyərində 31 ədəd kassa aparatı alıb.
Azərbaycan 6 ilin tamamında Bolqarıstandan (0,2 min ABŞ dolları dəyərində 2 ədəd) və 3 il 1 aydan sonra Malayziyadan tədarükü bərpa edib.
2022-ci ildə Azərbaycana (12 ölkədən) idxal edilmiş 64 min ədəd kassa aparatının 98,2 %-i Çinin payına düşüb.