Azərbaycan iki ölkədən faner idxalını bərpa edib
- 13 iyun, 2024
- 10:58
Bu ilin I rübündə Azərbaycan 8,1 milyon ABŞ dolları dəyərində 30 min 160 kubmetr yapışqanlı faner idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 24 %, kəmiyyət olaraq – 19 % azdır.
Hesabat dövründə Azərbaycan Rusiyadan 5,5 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 25 % azdır) 19 min 669 kubmetr (-21 %), Belarusdan 2,5 milyon ABŞ dolları dəyərində (-24 %) 9 min 750 kubmetr (-20 %), Çindən 85,3 min ABŞ dolları dəyərində 60 kubmetr, Belçikadan 31 min ABŞ dolları dəyərində 284 kubmetr, Türkiyədən 8,3 min ABŞ dolları dəyərində 398 kubmetr (bir il əvvəl tədarük olmayıb) material alıb.
Azərbaycan 7 il 7 ayın tamamında Belçikadan və 1 il 1 aylıq fasilənin ardından Çindən tədarükü bərpa edib.